Təhsil 365 - Logo Mobile

Azərbaycanda əlillik təyinatlarında süni intellektdən istifadə olunacaq

8811.02.2026 - 08:08
Azərbaycanda əlillik təyinatlarında süni intellektdən istifadə olunacaq

“Əlillik təyinatlarında süni intellekt həlləri sınaqdan keçirilir.”

“Tehsil365” xəbər verir ki, bu sözləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov qurumun keçən ilin yekunlarına həsr olunan brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il sosial xidmətlərin təkmilləşdirilməsində əsas üstünlük süni intellekt əsaslı həllərə veriləcək.

Mərkəzin direktoru xəstəlik vərəqələrinin elektronlaşdırılması ilə bağlı təfərrüatlara da aydınlıq gətirib.

Onun sözlərinə görə, cari ildə elektron əmək birjasının yaradılması da nəzərdə tutulur.

“Məqsəd müxtəlif sahələrdə xidmət göstərən şəxslərin öz xidmətləri barədə məlumatlarını sistemdə yerləşdirə bilməsidir”, – deyə Kənan Əkbərov vurğulayıb.

Zeynəb Quluyeva

Новостная лента

На данный момент новостей в ленте нет...