Təhsil 365 - Logo Mobile

Nəsibə Zeynalovanın geyimlərində efirə çıxdı

7612.02.2026 - 17:36
Nəsibə Zeynalovanın geyimlərində efirə çıxdı

Aktrisa Sonaxanım Əliyeva mərhum Xalq artisti Nəsibə Zeynalovaya məxsus geyimlərdə efirə gəlib. 

“Tehsil365“ Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Həmin Zaur" verilişində aparıcı-müğənni Sərxan Kərəmoğlunun ifa etdiyi "Qaynana" mahnısına rəqs edib. Sərxan geyimlərin Nəsibə Zeynalovaya məxsus olduğunu bildirib:

"Nəsibə xanımın öz paltarlarıdır. Filmdə geyindiyi libasları Tarix Muzeyindədir. Bunıar tamaşada oynayarkən geyindiyi paltarlardır. Nəsibə xanım 26 il əvvəl bu geyimləri mənə verib. O gündən saxlamışam və bu gün ilk dəfədir ki, geyinilib".

Qeyd edək ki, Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə dünyasını dəyişib.

Mehriban İbadova

Новостная лента

На данный момент новостей в ленте нет...