Təhsil 365 - Logo Mobile

Tanınmış aparıcı karyerasını bitirdi

9214.02.2026 - 08:33
Tanınmış aparıcı karyerasını bitirdi

Tanınmış aparıcı İlhamiyyə Rza televiziya sahəsində karyerasını bitirdiyini açıqlayıb.

“Tehsil365" xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb.

“Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız verilişlə televiziya karyerama son qoydum. Əziz, azsaylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm...”, - aparıcı qeyd edib.

O, layihə boyunca yanında olan komandaya təşəkkürünü bildirib.

Qeyd edək ki, İlhamiyyə Rza 1989-cu ildən müxtəlif televiziya kanallarında fərqli layihələrlə efirdə olub. O, yazıçı, publisist Həmid Herisçinin həyat yoldaşıdır.

Zeynəb Quluyeva

Новостная лента

На данный момент новостей в ленте нет...