Təhsil 365 - Logo Mobile

Qobuda məktəbdə dava - Şagird yoldaşını xəstəxanalıq etdi

7716.02.2026 - 15:13
Qobuda məktəbdə dava - Şagird yoldaşını xəstəxanalıq etdi

Bu gün Qobu qəsəbə 1 nömrəli tam orta məktəbdə IX sinifdə təhsil alan iki şagird arasında baş vermiş mübahisə zamanı biri digərinə xəsarət yetirib.

“Tehsil365“ Qafqazinfo-ya istinadən xəbər verir ki, məktəbdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, xəsarət alan şagirdə təhsil müəssisəsində ilkin yardım göstərilib, daha sonra xəstəxanaya yönləndirilib. Şagird həkim müayinəsindən sonra ambulator müalicə üçün evə göndərilib.

“Hadisə məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qurumlara məlumat verilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”, - məlumatda vurğulanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Mehriban İbadova

Новостная лента

На данный момент новостей в ленте нет...