Təhsil 365 - Logo Mobile

DSX Akademiyasına kimlər müraciət edə bilər?

8517.02.2026 - 07:55
DSX Akademiyasına kimlər müraciət edə bilər?

Azərbaycanda fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsi xüsusi təyinatlı hesab olunur.Bu müəssisələrdən biri də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasıdır.

“Tehsil365" sözügedən akademiyaya qəbul qaydalarını təqdim edir:

Qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” ali təhsil ixtisası üzrə aparılır.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

• ərizə;

• anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);

• tərcümeyi-hal;

• özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;

• attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;

• orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təs¬diq edilmiş surəti;

• yaşayış yerindən arayış;

• doğum haqqında şəhadətnamənin surəti;

• valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;

• 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).

Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

Yaş tələbi:

Hərbi xidmətdə olmayan şəxslər 2026-cı ildə ən azı 17 yaşını tamamlamalı, 20 yaşını isə hələ tamamlamamış olmalıdırlar.

Hərbi xidmətdə olan şəxslər isə Akademiyaya qəbul olunduqları günə qədər 23 yaşını tamamlamamış olmalıdırlar.

Digər tələblər:

Müraciət edən namizədlər tam orta və ya orta-ixtisas təhsilinə malik olmalı və sağlamlıq baxımından hərbi xidmətə yararlı olmalıdırlar.

Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.

Əlaqə nömrələri: 012–372–16–20 / 012-493-62-47

Zeynəb Quluyeva

Новостная лента

На данный момент новостей в ленте нет...