Təhsil 365 - Logo Mobile

Magistratura: 519 nəfər imtahana gəlmədi

6417.02.2026 - 18:30
Magistratura: 519 nəfər imtahana gəlmədi

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

“Tehsil365”ə bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumata görə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 22780 bakalavrdan 519 nəfəri imtahana gəlməyib.

Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.

Nərmin Mustafayeva

Новостная лента

На данный момент новостей в ленте нет...