Təhsil 365 - Logo Mobile

Naxçıvanda peşə təhsilinə qəbul artıb

8518.02.2026 - 13:12
Naxçıvanda peşə təhsilinə qəbul artıb

Peşə təhsili pilləsi üzrə fəaliyyət göstərən 3 təhsil müəssisəsində hazırda 43 qrup üzrə tədris təşkil olunur. Müəssisələrdə 75 nəfər təhsil verən çalışır, ümumilikdə isə 685 tələbə təhsil alır.

Bu barədə “Tehsil365"ə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2025-ci ildə görülmüş işlərin nəticələri, 2026-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında məlumat verilib. 

Bildirilib ki, qəbul planına əsasən, 2024–2025 və 2025–2026-cı tədris illərinin hər birində 27 adda ixtisas üzrə 35 qrupda 700 plan yeri ayrılıb.

Statistik göstəricilərə görə, 2024–2025-ci tədris ilində peşə təhsili  müəssisələrinə qəbul olan tələbələrin sayı 462 nəfər (66 faiz) olduğu halda, 2025–2026-cı tədris ili üzrə bu göstərici 562-yə (80 faiz) yüksəlib. Beləliklə, tələbə qəbulunda 14 faiz artım müşahidə olunub.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...