Təhsil 365 - Logo Mobile

BP-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub

7618.02.2026 - 17:23
BP-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ötən il bp və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmir olunan BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub.

“Tehsil365“ xəbər verir ki,məkan kitabxana-muzey-tədris laboratoriyası kimi fəaliyyət göstərir. 1997-ci ildən akademik Musa Əliyev adına kabinetin fəaliyyət göstərdiyi Muzeydə əsaslı təmir zamanı akademikin şəxsi kitabxanası rəqəmsallaşdırılaraq müəllim və tələbələrin ixtiyarına verilib.

Qonaq bp-nin dəstəyi ilə muzeydə yaradılan rəqəmsal tədris şəraitini yüksək qiymətləndirib.

Mehriban İbadova

Новостная лента

На данный момент новостей в ленте нет...