Təhsil 365 - Logo Mobile

BDU tələbələri Genetik Ehtiyatlar İnstitutunda istehsalat təcrübəsinə başlayıblar - FOTO

9219.02.2026 - 13:26
BDU tələbələri Genetik Ehtiyatlar İnstitutunda istehsalat təcrübəsinə başlayıblar - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri Genetik Ehtiyatlar İnstitutunda istehsalat təcrübəsinə başlayıblar.

“Tehsil365” xəbər verir ki, təcrübənin ilk mərhələsində tələbələr institutun Molekulyar genetika və genomika şöbəsi, Rüşeym plazması laboratoriyasının fəaliyyəti ilə tanış olublar. Onlara elmi tədqiqatların aparılması prinsipləri, əldə olunan nəticələrin istehsalatda tətbiqi mexanizmləri barədə ətraflı məlumat verilib, müasir cihaz və avadanlıqlar nümayiş etdirilib.

Bildirilib ki, tələbələrə Milli Genbankda bitki genetik ehtiyatlarının mühafizəsi, qorunması və səmərəli istifadəsi istiqamətində görülən işlər barədə də məlumat təqdim olunub.

Təcrübə proqramı çərçivəsində tələbələr institutun digər şöbə və laboratoriyalarında da praktiki biliklər əldə edəcək, ixtisasları üzrə bacarıqlarını inkişaf etdirəcəklər.





Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...