Təhsil 365 - Logo Mobile

BDU-da “Sülhməramlı azərbaycanlılar” mövzusunda elmi seminar keçirilib

7219.02.2026 - 13:31
BDU-da “Sülhməramlı azərbaycanlılar” mövzusunda elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Sülhməramlı azərbaycanlılar” mövzusunda elmi seminar keçirilib.

“Tehsil365” xəbər verir ki, seminarda Azərbaycan tarixi kafedrasının müdiri, dosent Azad Rzayev məruzə ilə çıxış edib. Məruzəçi Ermənistanın 30 illik təcavüzünə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında fəal iştirak etdiyini bildirib. O, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh siyasəti və sülh gündəliyi barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

Qeyd olunub ki, dünyada silahlı qarşıdurmaların və siyasi gərginliklərin artdığı bir dövrdə sülhün təşviqi beynəlxalq gündəliyin əsas mövzularından biridir. Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımların beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənildiyi və praktiki nümunə kimi qiymətləndirildiyi vurğulanıb.

Seminarda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda dayanıqlı sülhün təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Münaqişədən sonrakı dövrdə humanitar təşəbbüslər irəli sürüldüyü, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, regional kommunikasiyaların açılmasının təşviq olunduğu və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirildiyi diqqətə çatdırılıb. Bu addımların bölgədə etimad mühitinin formalaşmasına və sabitliyin möhkəmlənməsinə xidmət etdiyi qeyd edilib.

Məruzədə Azərbaycanın sülhməramlılarının müxtəlif beynəlxalq missiyalarda ölkəni layiqincə təmsil etdiyi, qlobal təhlükəsizliyin təminatına töhfələr verdiyi bildirilib. Vurğulanıb ki, Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edir, beynəlxalq təhlükəsizlik təlimlərində yüksək peşəkarlıq nümayiş etdirir.

Elmi seminar müzakirələrlə davam edib.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...