Təhsil 365 - Logo Mobile

Sənətşünas Elçin Şamillinin yaradıcılığı ilə bağlı mühazirə təşkil olunub - FOTOLAR

7320.02.2026 - 12:13
Sənətşünas Elçin Şamillinin yaradıcılığı ilə bağlı mühazirə təşkil olunub - FOTOLAR

Azərbaycan Milli İncəsənət Muzeyində “Elçin Şamillinin yaradıcılığı və Azərbaycanda “Contemporary art” mənzərəsi” mövzusunda mühazirə keçirilib.

Bu barədə “Tehsil365"ə muzeydən məlumat verilib.

Bildirilib ki, müzakirə formatında təşkil olunan tədbirdə fəlsəfə üzrə fəlsəfə doktoru Teymur Daimi, rəssam və incəsənət tədqiqatçısı Rafael Gülməmmədli, tarixçi Əkbər Nəcəf və Təlim Tələbə Təhsil Kredit Fondunun Müəssisələri ilə iş şöbəsinin sədr müavini Rüfət Tağızadə çıxış ediblər.

Çıxışlarda “İncəsənətdə abstrakt vektor” adlı kitabın müəllifi, fəlsəfə doktoru, sənətşünas Elçin Şamillinin yaradıcılığında konseptual düşüncənin, mətn və vizual münasibətlərinin, fəlsəfi yanaşmanın əsas xətt təşkil etdiyi vurğulanıb, onun layihələrinin Azərbaycan müasir incəsənətində nəzəri baza formalaşdıran nümunələrdən olduğu qeyd edilib.

Müzakirə zamanı, həmçinin Azərbaycanda “Contemporary art”ın hazırkı vəziyyətinin təhlili, yerli müəlliflərin və layihələrin beynəlxalq müstəvidə imkanları, həmçinin bu sahənin gələcək inkişaf perspektivlərindən bəhs edilib.

Tədbir sual-cavab formatında davam edib.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...