BP-nin Azərbaycandakı fəaliyyət istiqamətlərindən biri təhsilə töhfə verməkdir.
“Tehsil365” Report-a istinadən xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Vəkillik fəaliyyəti" adlı dərsliyin təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, BP-nın təşəbbüsü ilə çoxsaylı xarici vəsait tərcümə edilir: "Bu addım xarici dildə təhsil ala bilməyən tələbələrə xarici mənbələrdən məlumat əldə etmək şansı yaradır. Eyni zamanda, bu təşəbbüslə tələbələr üçün mənbə sayı da çoxalır. Onlar təkcə yerli dərs vəsaitlərindən deyil, xarici kitablardan da məlumat ala bilirlər".
B.Aslanbəyli "Vəkillik fəaliyyəti" adlı dərsliyin hazırlanmasını yüksək qiymətləndirdiyini vurğulayıb: "Bu təklif bizə gələndə ən qısa zamanda icraya başladıq. Həqiqətən, təqdirəlayiq təşəbbüsdür. Azərbaycan üçün töhfədir".

