Təhsil 365 - Logo Mobile

Zabul Segah” və “Bayatı-Kürd” muğamları orkestrin müşayiəti ilə səslənib

6420.02.2026 - 19:02
Zabul Segah” və “Bayatı-Kürd” muğamları orkestrin müşayiəti ilə səslənib

Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində ilk dəfə olaraq muğam dəsgahları Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə xanəndələrin ifasında təqdim edilib.

“Tehsil365" xəbər verir ki, konsertdə dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan muğam sənətinin nadir incilərindən hesab olunan “Zabul Segah” və “Bayatı-Kürd” muğam dəsgahları səsləndirilib.

Gecədə xanəndələr Səbinə Ərəbli, Mirələm Mirələmov, Nisbət Sədrayeva və Hüseyn Məlikov çıxış ediblər.

Bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 illiyi tamam olur. Yubiley münasibətilə il ərzində silsilə konsertlərin və müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Nərmin Mustafayeva

Новостная лента

На данный момент новостей в ленте нет...