Təhsil 365 - Logo Mobile

Şagirdlərdə motivasiya problemi müvəqqəti çətinlikdir — Pedaqoq Lamiyə Quliyeva

16421.02.2026 - 09:55
Şagirdlərdə motivasiya problemi müvəqqəti çətinlikdir — Pedaqoq Lamiyə Quliyeva

“Şagirdlərdə motivasiya problemləri ilə zaman-zaman rastlaşırıq və bu, tamamilə təbii haldır.”

Bu sözləri “Tehsil365”ə açıqlamasında ingilis dili müəllimi, pedaqoq Lamiyə Quliyeva bildirib.

O qeyd edib ki, xüsusilə yeniyetməlik dövründə maraq dairəsinin dəyişməsi, özünəinamın azalması, ailə və sosial mühitin təsiri motivasiyanın zəifləməsinə səbəb ola bilər.

“Bu problemi həll etmək üçün ilk növbədə şagirdi dinləmək və motivasiyanın azalmasının səbəbini anlamaq vacibdir. Hər şagird fərqlidir və yanaşma da fərqli olmalıdır”, — deyə o vurğulayıb.

Pedaqoqun sözlərinə görə, praktik yanaşma motivasiyanın bərpasında mühüm rol oynayır.

“Dərsləri daha interaktiv və maraqlı etməyə çalışırıq, kiçik uğurları belə qeyd edərək şagirdi həvəsləndiririk. Real həyatla əlaqəli nümunələrdən istifadə edirik ki, öyrəndiklərinin faydasını görə bilsinlər. Məqsədləri kiçik və əlçatan addımlara bölür, müsbət və dəstəkləyici mühit yaradırıq”, — deyə Lamiyə Quliyeva bildirib.

O əlavə edib ki, motivasiya daim eyni səviyyədə olmur və əsas məqsəd şagirdə öz gücünə inanmağı aşılamaqdır.

“Düzgün yanaşma ilə motivasiya problemi müvəqqəti çətinlikdən inkişaf fürsətinə çevrilə bilər”, — deyə pedaqoq qeyd edib.

Zeynəb Quluyeva

Новостная лента

На данный момент новостей в ленте нет...