Təhsil 365 - Logo Mobile

Xalq artistinin oğlu rəis müavini təyin edildi

8421.02.2026 - 09:21
Xalq artistinin oğlu rəis müavini təyin edildi

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinə yeni rəis müavini təyin edilib.

“Tehsil365" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Nazirin əmri ilə Tural Maniyev idarə rəisinin müavini təyin edilib, ardınca ona polkovnik hərbi rütbəsi verilib.

Qeyd edək ki, bir müddətdir qurumun adıçəkilən idarəsinin əməkdaşı kimi çalışan Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Maniyevin təyin olunduğu idarənin rəisi polkovnik Anar Eyvazovdur.

Zeynəb Quluyeva

Новостная лента

На данный момент новостей в ленте нет...