Təhsil 365 - Logo Mobile

Arif Babayevin muzeyi tikiləcək

9521.02.2026 - 16:42
Arif Babayevin muzeyi tikiləcək

Mərhum Xalq artisti Arif Babayevin Ağdamda muzeyi tikiləcək.

”Tehsil365” Yeni Müsavat-a istinadən xəbər verir ki,bu haqda "Xəzər axşamı" verilişində onun xanımı Gültəkin Babayeva deyib. O bildirib ki, muzey hazır olanda xanəndəyə aid bütün əşyalar ora veriləcək:

"Ona görə də hər şeyi qoruyub saxlamışıq ki, muzeyə yığılsın. Onunla bağlı hər şeyə baxanda ürəyim pis olur. Kaş məndən çox yaşayardı. Hansına baxsam, ürəyim qana dönür".

Qeyd edək ki, Arif Babayev ötən ilin avqustunda dünyasını dəyişib.

Mehriban İbadova

Новостная лента

На данный момент новостей в ленте нет...