Təhsil 365 - Logo Mobile

Süleyman Ələsgərovun xatirəsi anılır

10122.02.2026 - 04:18
Süleyman Ələsgərovun xatirəsi anılır

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar Süleyman Ələsgərov milli incəsənət tarixində silinməz iz qoyub.

Tehsil365” xəbər verir ki, 22 fevral 1924-cü ildə Şuşada anadan olan sənətkar uzun illər Azərbaycan professional musiqisinin inkişafı istiqamətində məhsuldar fəaliyyət göstərib.

Süleyman Ələsgərov zəngin yaradıcılığı ilə mahnı, romans, operetta və digər janrlarda dəyərli əsərlər bəstələyib. Onun əsərləri musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb və ölkənin aparıcı səhnələrində uğurla ifa olunub. Bəstəkarın yaradıcılığında milli musiqi ənənələri ilə müasir üslubun vəhdəti xüsusi yer tutub.

Sənətkarın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1974-cü ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülüb, 1967-ci ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı ilə təltif olunub.

Süleyman Ələsgərov 1972–2000-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialına rəhbərlik edərək bölgədə musiqi sənətinin inkişafına mühüm töhfələr verib.

21 yanvar 2000-ci ildə Bakıda vəfat edən bəstəkarın zəngin irsi bu gün də Azərbaycan musiqi xəzinəsinin dəyərli hissəsi kimi yaşayır.

Əfşanə Cümşüdzadə

Новостная лента

На данный момент новостей в ленте нет...