Təhsil 365 - Logo Mobile

Hacı Ağabəy Sultanovun elmi irsi yad edilir

10222.02.2026 - 04:36
Hacı Ağabəy Sultanovun elmi irsi yad edilir

Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış psixiatr-alim Hacı Ağabəy Sultanov ölkənin səhiyyə və elmi mühitində mühüm iz qoyub.

Tehsil365” xəbər verir ki, 1938-ci ildə Bakıda anadan olan alim bütün həyatını psixiatriya elminin inkişafına həsr edib.

Hacı Ağabəy Sultanov 1972-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsini alıb, 1973-cü ildə professor adına layiq görülüb. O, psixi sağlamlıq sahəsində apardığı fundamental tədqiqatlar və yetişdirdiyi mütəxəssislərlə Azərbaycan psixiatriya məktəbinin formalaşmasında əhəmiyyətli rol oynayıb. Alimin elmi fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib.

Sultanov 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. O, həmçinin Ümumdünya Psixiatriya Federasiyasının həqiqi üzvü olub və BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru kimi fəaliyyət göstərib.

Əməkdar elm xadimi fəxri adına layiq görülən Hacı Ağabəy Sultanov 2007-ci ildə Bakıda vəfat edib. Onun zəngin elmi irsi və psixi sağlamlığın qorunması istiqamətində gördüyü işlər bu gün də Azərbaycan tibb ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.

Əfşanə Cümşüdzadə

Новостная лента

На данный момент новостей в ленте нет...