Təhsil 365 - Logo Mobile

İKT“WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır

7721.02.2026 - 17:00
İKT“WhatsApp” “Telegram”ın daha bir funksiyasını oğurlayır

“WhatsApp”da mesajların mətnini "spoyler" altında gizlətməyə imkan verən yeni funksiya istifadəyə verilməyə hazırlanır.

“Tehsil365“ Publika.az-a istinadən xəbər verir ki, bu barədə "TestFlight" vasitəsilə tətbiqin iOS üçün nəzərdə tutulmuş son sınaq versiyasında sözügedən seçimi aşkar edən "WABetaInfo" (WBI) portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, istifadəçilər ayrı-ayrı sözləri və ya bütün mesajı gizlədə biləcəklər. Bu prosedurdan sonra mətn boz rəngli zolaqla örtüləcək. Məzmunu görmək üçün qəbul edən şəxs gizli sahənin üzərinə sıxmalı olacaq. Analoji funksiya 2021-ci ilin sonundan etibarən "Telegram"da mövcuddur.

“WhatsApp”da bu seçim formatlaşdırma menyusunda qalın, kursiv və üstü cızılmış yazı alətlərinin yanında görünəcək. Həmçinin sintaktik üsul da nəzərdə tutulub: mətni gizlətmək üçün lazımi fraqmentin əvvəlinə və sonuna qoşa şaquli xətt əlavə etmək kifayətdir.

Qeyd olunur ki, seçim hələ hazırlıq mərhələsindədir və hətta beta-testerlər üçün də əlçatan deyil. Şəkillər və digər mesaj növləri üçün (“Telegram”da olduğu kimi) spoyler dəstəyinin olub-olmayacağı barədə hələlik məlumat yoxdur.

Mətni spoyler altında gizlətmək imkanının “WhatsApp”ın rəsmi versiyasında nə zaman görünəcəyi açıqlanmır.

Mehriban İbadova

Новостная лента

На данный момент новостей в ленте нет...