Təhsil 365 - Logo Mobile

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək

9221.02.2026 - 17:54
Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək

Fevralın 25-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimaiyyətlə əlaqələr idarəsinin konfrans zalında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, qanlı faciənin 34-cü ildönümünə həsr olunmuş tədbirin təşəbbüskarı Ankarada fəaliyyət göstərən Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondudur (TADİV).

TBMM-nin himayəsi ilə keçiriləcək tədbirə təşkilati dəstəyi ölkəmizin Türkiyədəki səfirliyi göstərəcək.

Tədbirdə Azərbaycan və Türkiyənin insan hüquqları üzrə müvəkkillərinin (ombudsmanların) də iştirakı gözlənilir.

Mehriban İbadova

Новостная лента

На данный момент новостей в ленте нет...