Təhsil 365 - Logo Mobile

Bakıda birinci kurs tələbəsi faciəvi şəkildə həlak olub

10022.02.2026 - 09:20
Bakıda birinci kurs tələbəsi faciəvi şəkildə həlak olub

Bakıda tələbə faciəli şəkildə həlak olub.

“Tehsil365” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Zığ şosesində baş verib.

2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev motosikletin idarəetməsini itirərək yolun kənarında səkiyə çırpılıb. Hadisə nəticəsində M.Ovçuyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, M.Ovçuyev Azərbaycan Dövlət İdman Akademiyasının birinci kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.

Zeynəb Quluyeva

Новостная лента

На данный момент новостей в ленте нет...