Təhsil 365 - Logo Mobile

Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf məqsədləri üzrə konkret hədəflər müəyyənləşdirilib

8222.02.2026 - 17:35
Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf məqsədləri üzrə konkret hədəflər müəyyənləşdirilib

Mingəçevir Dövlət Universitetinin Dayanıqlı İnkişaf Məqsədləri komandasının (SDG Team) iclası keçirilib.

“Tehsil365" AZƏRTAC istinadən xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, iclasda SDG ilə bağlı görüləcək işlər, komandanın məqsədlər üzrə iş bölgüsü və fəaliyyət planı müzakirə edilib. Komanda üzvləri arasında SDG-lərin həyata keçirilməsinə dair strateji istiqamətlər müəyyən olunaraq hər bir üzvün məsuliyyət sahələri təyin edilib.

Universitetin rektoru Anar Eminov Dayanıqlı İnkişaf Məqsədlərinin MDU-nun təhsil, elmi fəaliyyət və sosial layihələrində daha effektiv şəkildə tətbiq olunması barədə fikirlərini bölüşüb. Rektor SDG-lərin yalnız ekoloji və iqtisadi sahələrdə deyil, həm də sosial və mədəni inkişafda mühüm rol oynadığını vurğulayıb. Eyni zamanda, universitetin bu istiqamətdəki fəaliyyətini daha da gücləndirmək üçün müxtəlif beynəlxalq əməkdaşlıq layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

İclasda tədris və tədqiqat fəaliyyətləri ilə bağlı konkret addımlar da müzakirə olunub. Tədbirin sonunda universitetin SDG ilə bağlı gələcək fəaliyyətləri üçün konkret hədəflər müəyyən edilərək, birgə iş birliyinin gücləndirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.

Nərmin Mustafayeva

Новостная лента

На данный момент новостей в ленте нет...