Təhsil 365 - Logo Mobile

Antalya Xalq Kitabxanasına Azərbaycanla bağlı zəngin kitab kolleksiyası hədiyyə edilib - FOTO

7223.02.2026 - 11:11
Antalya Xalq Kitabxanasına Azərbaycanla bağlı zəngin kitab kolleksiyası hədiyyə edilib - FOTO

Türkiyənin aparıcı kitabxanalarına həm ana dilimizdə, həm də Türkiyə türkcəsində Azərbaycana dair nəşrlər hədiyyə edilir. Təşəbbüs Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən milli mədəniyyətimizin təbliği istiqamətində həyata keçirilən layihə çərçivəsində baş tutur.

“Tehsil365" xəbər verir ki, layihəyə əsasən, Türkiyənin Antalya Xalq Kitabxanasına Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı zəngin kitab kolleksiyası bağışlanıb, sözügedən nəşrlərin sərgisi açılıb.

Kitab kolleksiyasına Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ölkəmizin nailiyyətləri, klassik Azərbaycan ədəbiyyatı haqqında nəşrlər, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunan kitablar daxildir.

Sərginin açılışında Antalya Mədəniyyət və Turizm Müdirliyinin kitabxanalar bölüm müdiri Ahmet Levent Bayar, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Antalya Xalq Kitabxanasının müdiri Muharrem Dal və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Azər İsmayıl çıxış ediblər.

Natiqlər Antalyanın əsas kitabxanasına Azərbaycanla bağlı nəşrlərin hədiyyə olunmasının Azərbaycanın qardaş Türkiyədə tanıdılması və ölkəmizə olan marağın daha da artırılmasına xidmət edəcəyini bildiriblər.

Çıxışlarda sözügedən nəşrlərin Azərbaycanın, ölkəmizin tarixi, mədəniyyəti və klassik irsinin daha geniş auditoriyaya tanıtmaq məqsədi daşıdığı vurğulanıb, layihənin gələcəkdə davam etdirilərək Antalya Xalq Kitabxanasındakı Azərbaycan bölməsinin yeni nəşrlərlə zənginləşdiriləcəyini bildiriblər.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...