Təhsil 365 - Logo Mobile

Fərman Saraçlının "Son görüş" kitabının təqdimatı keçirilib

7223.02.2026 - 14:40
Fərman Saraçlının "Son görüş" kitabının təqdimatı keçirilib

“Borcalı” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycandakı Atatürk Mərkəzində şair və yazıçı Fərman Saraçlının (Bədəlov) “Son görüş" adlı povest, hekayələr və şeirlərdən ibarət ilk kitabının təqdimatı keçirilib.

Bu barədə "Tehsil365”ə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, yazıçı bu kitabda yer alan povest, hekayə və şeirlərində həyat həqiqətlərini, təbiət mənzərələrini, əsl vətəndaş obrazını maraqlı bədii lövhələrlə oxucuya təqdim edir.

Tədbirdə çıxış edən İctimai Birliyin İdarə Heyətinin sədri, şair-publisist Dəyanət Osmanlı yazıçının yaradıcılığında vətənpərvərlik duyğularının, doğma yurd, insan sevgisi, mənəvi dəyərlər motivli yazıların əsas xətt təşkil etdiyini deyib.

Əməkdar jurnalist Rəşid Faxralı, Paşa Babakərli, Fəridə Əsədova, Yaşar Kamaloğlu, Rövşən Xallədinoğlu və digər qonaqlar Fərman Saraçlının şeir və nəsr əsərlərindən, fəal vətəndaş mövqeyindən, fərdi keyfiyyətlərindən bəhs ediblər.

İstedadlı gənc aşıq Samir Borçalı saz havaları ifa edib, müəllifin şeirlərindən nümunələr səsləndirib.

Sonda Fərman Saraçlı ədəbi-mədəni xidmətlərinə görə “Borçalının fəxri” diplomu ilə təltif olunub.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...