Təhsil 365 - Logo Mobile

Milli Məclisin deputatları və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər - FOTO

8223.02.2026 - 14:47
Milli Məclisin deputatları və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər - FOTO

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində çalışan təhsilverənlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi məqsədilə fevralın 10-da attestasiyanın növbəti mərhələsi başlanıb.

Bu barədə “Tehsil365"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 23-də Milli Məclisin deputatları Tamam Cəfərova, Mehriban Vəliyeva, Aydın Mirzəzadə, Müşviq Cəfərov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Xalq artistləri Mənsum İbrahimov, Gülyaz Məmmədova, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev və başqa tanınmış incəsənət və ictimaiyyət nümayəndələrindən ibarət heyət Bakı Xoreoqrafiya Akademiyasında attestasiya prosesini müşahidə ediblər.

Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov attestasiyanın məqsədi və mərhələləri barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, 2025-ci ildə attestasiya prosesinə başlanılıb və ilk mərhələ 5 regionu əhatə edib. Bu il isə digər regionlar və Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 8 min müəllimin attestasiya olunması nəzərdə tutulur.

Qeyd olunub ki, attestasiyanın qanunvericiliyə uyğun, şəffaf və obyektiv şəraitdə təşkili üçün hər cür şərait yaradılıb və prosesə ciddi nəzarət həyata keçirilir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...