Təhsil 365 - Logo Mobile

Vasif Durarbəyli haqqında xəbər

10524.02.2026 - 06:36
Vasif Durarbəyli haqqında xəbər

Sumqayıt, 24 fevral – Azərbaycan şahmat məktəbinin tanınmış nümayəndəsi, qrosmeyster Vasif Durarbəylinin anadan olmasının ildönümü münasibətilə ölkədə şahmat ictimaiyyəti tərəfindən xatirə yazıları yayımlanıb.

Tehsil365” xəbər verir ki, 1992-ci il fevralın 24-də Sumqayıtda doğulan Vasif Durarbəyli gənc yaşlarından beynəlxalq səviyyədə uğurlar qazanmağa başlayıb. 2010-cu ildə qrosmeyster adını əldə edən şahmatçı ölkəmizi bir sıra beynəlxalq yarışlarda təmsil edib və uğurlu nəticələrlə adından söz etdirib.

Şahmat mütəxəssisləri vurğulayırlar ki, Durarbəyli həm taktiki, həm də strateji bacarığı ilə Azərbaycan şahmat məktəbinin yüksəlişinə mühüm töhfə verir. Onun nailiyyətləri gənc şahmatçılar üçün ilham mənbəyi kimi qiymətləndirilir.

Əfşanə Cümşüdzadə

Новостная лента

На данный момент новостей в ленте нет...