Təhsil 365 - Logo Mobile

Füzulidə ağır qəza - 10-cu sinif şagirdi öldü

10801.03.2026 - 08:12
Füzulidə ağır qəza - 10-cu sinif şagirdi öldü

Füzulidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Tehsil365" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Ramil idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən qarşısında gedən traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilində sərnişin qismində olan sürücünün oğlu, 10-cu sinif şagirdi Zaur hadisə yerində dünyasını dəyişib.

Ağır xəsarətlər alan sürücü dərhal Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Zeynəb Quluyeva

Новостная лента

На данный момент новостей в ленте нет...