Təhsil 365 - Logo Mobile

Futbolçu Kevin Kurányinin doğum günüdür

9502.03.2026 - 03:45
Futbolçu Kevin Kurányinin doğum günüdür

Bu gün Almaniya millisinin keçmiş hücumçusu, braziliya əsilli Kevin Kurányinin doğum günüdür.

“Tehsil365”in məlumatına görə, Kurányi 2 mart 1982-ci ildə Rio de Janeiro şəhərində anadan olub. Futbola erkən yaşlarından başlayaraq, Brezilya və Panama klublarında çıxış edib, 1997-ci ildə Almaniyanın VfB Stuttgart klubuna keçərək Avropa futbolunda tanınıb.

Kurányi, Almaniya millisi üçün 2003-cü ildən oyunlara çıxıb, Avropa Çempionatı və Konfederasiyalar Kubokunda forma geyib. Klub karyerası ərzində Schalke 04 və Dinamo Moskva kimi komandaların uğurlarına töhfə verib.

Almaniya, Panama və Braziliya vətəndaşlığı olan Kurányi, həmçinin beş dildə sərbəst danışa bilir və şəxsi həyatında Viktorija Peliçiç ilə evlidir, onların iki övladı var.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...