Təhsil 365 - Logo Mobile

Elm və təhsil naziri Şuşada vətəndaşları qəbul edəcək

7002.03.2026 - 10:49
Elm və təhsil naziri Şuşada vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev martın 11-də Şuşa şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə “Tehsil365"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri martın 6-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.

Qeyd edək ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...