Təhsil 365 - Logo Mobile

Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO

9304.03.2026 - 11:34
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının “Urban Talks” layihəsi çərçivəsində “Davamlı şəhər turizmi modelləri və Azərbaycanın kiçik tarixi şəhərlərinə inteqrasiyası” mövzusunda görüş keçirilib.

Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib.

“Urban Talks” layihəsinin rəhbəri Mirhüseyn Tağıyev budəfəki görüşün turizmin ətraf mühitə, sosial struktura və mədəni irsə qarşı həssaslığı kimi aktual məsələlərə həsr edildiyini söyləyib.

BDU-nun dosenti və Azərbaycan Ekoturizm Assosiasiyasının həmtəsisçisi Vüqar Dərgahov davamlı şəhər turizmi anlayışının mahiyyəti və müasir şəhərlərin inkişafındakı rolu barədə təqdimatla çıxış edib. O, davamlı turizmin əsas prinsipləri, mədəni irs və ətraf mühitin qorunması, nəqliyyatın optimallaşdırılması, yaşıl zonaların genişləndirilməsi, icmaların inkişafı və inklüziv bərabərlik kimi istiqamətləri diqqətə çatdırıb.

Görüşdə şəhər planlaşdırılması ilə turizm xidmətlərinin əlaqələndirilməsi, yerli biznes və kiçik sahibkarlığa dəstək, “ağıllı” turizm və rəqəmsal texnologiyaların tətbiqi, nəzarət mexanizmləri və turizm göstəricilərinin ölçülməsi məsələləri müzakirə olunub. Təqdimatda Azərbaycanın tarixi yaşayış məntəqələrində davamlı turizm tətbiqi üzrə idarəetmə modelləri və beynəlxalq təcrübə nümunələri nümayiş etdirilib. Bildirilib ki, düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma turizmin iqtisadi inkişafı gücləndirməsinə, yerli dəyərlərin qorunmasına xidmət edə bilər.

Qeyd edək ki, “Urban Talks” layihəsi şəhərsalma və dayanıqlı inkişaf mövzularında tələbələr üçün interaktiv müzakirə platforması kimi fəaliyyət göstərir.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...