Təhsil 365 - Logo Mobile

Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif edilib

9904.03.2026 - 17:15
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif edilib

Azərbaycanın ali təhsil müəssisələrinin bütün fakültələrində idarəetmə dərslərinin keçirilməsi təklif olunub.

“Tehsil365“ Report-a istinadən xəbər verir ki, bu təkliflə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisdə bu gün keçirilən "Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər" mövzusunda ictimai dinləmədə çıxış edib.

Onun sözlərinə görə, idarəetmə özü bir elmdir:

"Ona görə də ölkədəki universitetlərin bütün fakültələrində idarəetmə dərsləri keçirilməsi yaxşı olardı".

Mehriban İbadova

Новостная лента

На данный момент новостей в ленте нет...