Təhsil 365 - Logo Mobile

Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib

9506.03.2026 - 13:40
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib

15 mart 2026-cı il tarixində Naxçıvanda keçirilməli olan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı dəyişdirilib və aprelin 19-da təşkil olunacaq.

Bu barədə “Tehsil365"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

"Şagirdlərin nəzərinə çatdırırıq ki, imtahanda iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan təqribən bir həftə öncə Mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt yenidən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər", - qeyd olunub.

Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...