Təhsil 365 - Logo Mobile

"Azərbaycan–Türkiyə şeir gecəsi" keçiriləcək

10023.03.2026 - 16:45
"Azərbaycan–Türkiyə şeir gecəsi" keçiriləcək

Türkiyədə Altunizade Kültür Mərkəzində martın 24-də "Yazarlık Akademisi Derneği" (YAZAK) tərəfindən təşkil olunan “Azərbaycan–Türkiyə şeir gecəsi” baş tutacaq.

"Tehsil365"
xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyə ədəbiyyatının ortaq mədəni irsi ön plana çıxarılacaq, şeirin birləşdirici gücü vurğulanacaq. Ədəbi gecənin məqsədi iki qardaş ölkə arasında mədəni bağları daha da möhkəmləndirməkdir.

Gecənin aparıcılarından biri Azərbaycanın Gəncə şəhəri M.Şəhriyar adına 40 nömrəli tam orta məktəbin müəllimi Lalə Həsəncandır.

Onun tədbirə dəvət olunması Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hesab olunur.

Mehriban İbadova

Новостная лента

На данный момент новостей в ленте нет...