Təhsil 365 - Logo Mobile

BANM-in 9 şagirdi Respublika Fənn Olimpiadalarının finalında

8331.03.2026 - 17:50
BANM-in 9 şagirdi Respublika Fənn Olimpiadalarının finalında

Bakı Ali Neft Məktəbinin (BANM) nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin 9 şagirdi Respublika Fənn Olimpiadalarının (RFO) final mərhələsində iştirak edəcək.

Tehsil365” xəbər verir ki, onlardan 8-i informatika fənni üzrə finala qatılacaq.

İnformatika fənni üzrə finala vəsiqə qazanan Əsma Bədəlova, Tunar Verdiyev, Camal Qasımov Rəqəmsal Biliklər Liseyinin 8-ci sinif, İbrahim Balaqadaşlı, Aysu İsgəndərli, Fatimə Aslanlı, Rəşid Səfərli və Əsma Qafarlı isə 9-cu sinif şagirdləridir.

Aysu İsgəndərli və liseyin daha bir 9-cu sinif şagirdi Tural Bəgalızadə isə RFO-nun riyaziyyat fənni üzrə finalında da öz biliklərini sınayacaqlar.

İnformatika fənni üzrə aşağı yaş qrupunda ölkə üzrə ümumilikdə 109 nəfər finalda mübarizə aparacaq.

Fatimə Cəfərzadə

Новостная лента

На данный момент новостей в ленте нет...