Təhsil 365 - Logo Mobile

Bu halda şagirdlər məktəbə telefon gətirə bilər

8202.04.2026 - 16:20
Bu halda şagirdlər məktəbə telefon gətirə bilər

Dərs zamanı ağıllı saatlar, telefonlar və digər elektron cihazların məktəbə gətirilməsi və istifadəsi qadağandır.

Tehsil365” xəbər verir ki , qanunvericiliyə əsasən, şagirdlər yalnız iki halda bu cür cihazları məktəbə gətirə bilərlər.

Birinci halda müəllimlər şagirdlərin şəxsi cihazlarından istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təşkil etməlidir.

İkinci halda isə valideyn və ya qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə (məktəbə gedib-gələrkən əlaqə saxlamaq üçün) elektron cihaz verərsə, bu zaman məktəb həmin cihazların dərs gününün sonuna qədər təhlükəsiz şəraitdə saxlanmasını təmin etməlidir. Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir.

Fatimə Cəfərzadə

Новостная лента

На данный момент новостей в ленте нет...