Təhsil 365 - Logo Mobile

Günəşdə 69 dəqiqə partlayış oldu

8803.04.2026 - 08:50
Günəşdə 69 dəqiqə partlayış oldu

Günəşdə partlayış qeydə alınıb.

“Tehsil365” xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. M3.5 partlayışı 69 dəqiqə davam edib.

Günəş partlayışları yaydıqları rentgen şüalarının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Minimum sinif olan A0.0, Yer orbitində kvadratmetrə 10 nVt radiasiya gücünə uyğundur. Sinif irəlilədikcə güc on dəfə artır. Parıltılar günəş plazmasının püskürməsi ilə müşayiət oluna bilər ki, bu buludlar Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.

Zeynəb Quluyeva

Новостная лента

На данный момент новостей в ленте нет...