Təhsil 365 - Logo Mobile

Milli Kitabxanada “Teatrşünas-alim İnqilab Kərimov - 95” adlı kitab sərgisi açılıb

9804.04.2026 - 15:20
Milli Kitabxanada “Teatrşünas-alim İnqilab Kərimov - 95” adlı kitab sərgisi açılıb

Aprelin 4-də görkəmli teatrşünas-alim, sənətşünaslıq doktoru, AMEA-nın müxbir üzvü, professor İnqilab Kərimovun anadan olmasının 95 illiyi münasibətilə “Teatrşünas-alim İnqilab Kərimov – 95” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

“Tehsil365“ xəbər verir ki, Milli Kitabxanadan bildirilib ki, sərgidə alimin Azərbaycan teatr tarixi, dramaturgiyası və görkəmli sənət xadimlərinin yaradıcılığına dair tədqiqatları, elmi əsərləri, monoqrafiyaları, rəyçi və redaktor olduğu, həyatı və elmi fəaliyyətini əks etdirən Azərbaycan və rus dilində ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

İnqilab Saleh oğlu Kərimov 1931-ci il aprelin 4-də Göyçay şəhərində anadan olub. O, orta təhsilini Göyçay şəhərində alıb, 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Teatrşünaslıq fakültəsini bitirib. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda fəaliyyətə başlayıb, 1985-ci ildən ömrünün sonunadək institutun Teatr, Kino və Televiziya şöbəsinə rəhbərlik edib.

İnqilab Kərimov 1963-cü ildə “Sovet Azərbaycanının gənclər teatrı” adlı namizədlik dissertasiyasını, 1988-ci ildə “Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)” adlı doktorluq dissertasiyasını Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi alıb, həmin il professor elmi adına layiq görülüb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Milli teatrşünaslıq elminin yaradıcılarından olan İnqilab Kərimov Azərbaycan teatrının tarixi, tənqidi və nəzəri problemlərinə dair yüzlərlə elmi məqalənin və təxminən 200 elmi əsərin, o cümlədən 25 monoqrafiya və kitabın - “Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri”, “Azərbaycan teatr tarixi” (I, II cild), “Heydər Əliyev: sənət, sənətkarlar və sənətkarlıq haqqında”, “Abdulla Şaiq və teatr – 80”, “Ağadadaş Qurbanov”, “Ə.Haqverdiyev və teatr”, “Nəriman Nərimanov və teatr” və s. müəllifidir.

Professor İnqilab Kərimovun rəhbərliyi ilə 15 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, həmçinin yüksəkixtisaslı mədəniyyət kadrlarının hazırlanmasına böyük töhfə verib.

Görkəmli alim bədii yaradıcılıqla da məşğul olub. O, “Necə qan ağlamasın” adlı hekayələr kitabının müəllifi olub, Bakı Bələdiyyə Teatrında “Xəyanətin müsibəti” faciəsini, həmçinin 18 pyesi tərcümə edərək müxtəlif teatr səhnələrində tamaşaya qoyub.

Professor İnqilab Kərimovun əsərləri, elmi araşdırmaları Azərbaycan teatrı və mədəniyyətinin inkişafına böyük töhfə verib.

Mehriban İbadova

Новостная лента

Əliheydər Qarayev: Azərbaycan siyasi tarixində mühüm rol oynamış şəxsiyyət24.04.2026 - 04:54
Fərid Qayıbovun beynəlxalq və dövlət fəaliyyətində artan rolu24.04.2026 - 04:36
Əməkdar artist Rafiq Hüseynovun sənət yolu və yadda qalan irsi24.04.2026 - 04:18
Görkəmli geoloq-alim Ələşrəf Əlizadənin elmi və ictimai fəaliyyəti24.04.2026 - 04:00
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul elan edilib23.04.2026 - 19:57
Günəşdə güclü partlayışlar qeydə alınıb23.04.2026 - 19:55
Sabah 25 dərəcə isti olacaq23.04.2026 - 19:52
Azərbaycan Universitetində Əfqan Vəliyevin iştirakı ilə panel-görüş təşkil edilib23.04.2026 - 19:47
ADNSU tələbələri üçün açıq dərs23.04.2026 - 19:42
UNEC-də IV beynəlxalq konfrans öz işinə başlayıb23.04.2026 - 19:35
Bakıda külək güclənəcək23.04.2026 - 19:28
AzMİU-da Dünya Bankı layihəsi üzrə görüş keçirilib23.04.2026 - 19:24
Təhsil müəssisələrində tədris distant olacaq - TARİXLƏR23.04.2026 - 19:18
Prezident bu universitetə rektor təyin etdi23.04.2026 - 19:12
BMU-da beynəlxalq elmi konfrans keçirilir23.04.2026 - 19:06
Çox sual verən və fərqli düşünən uşaqlar dərs prosesini çətinləşdirir? – Təhsil eksperti açıqladı23.04.2026 - 19:02
Süni intellekt xərçəngi müalicə edəcək23.04.2026 - 19:00
Bu qədər abituriyent 300 bal topladı23.04.2026 - 18:56
Azərbaycanda məktəblərdə kütləvi yoxlamalar başlayıb23.04.2026 - 18:50
DİM: 10 nəfər imtahandan xaric olunub23.04.2026 - 18:49
ChatGPT vizual istehsalda daha yüksək səviyyəyə çatdı - Mətn artıq təhrif olunmur23.04.2026 - 18:45
Onlar 300 bal TOPLADI23.04.2026 - 18:44
Azərbaycanda universitet 40 vəzifəyə işçi axtarır - SİYAHI23.04.2026 - 18:40
Nəticəsindən narazı olanların diqqətinə - apellyasiyanın TARİXLƏRİ23.04.2026 - 18:36
Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti qənaətbəxşdir23.04.2026 - 18:35
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ23.04.2026 - 18:30
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək23.04.2026 - 18:28
Çin tərəfinin WUF13-də fəal iştirakından məmnunluq ifadə olunub23.04.2026 - 18:24
Dövlət Universitetinə rektor təyin edildi - SƏRƏNCAM23.04.2026 - 18:20
Nehrəm qəsəbəsindəki 3 nömrəli məktəb binasının yeni tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur23.04.2026 - 18:16
Bakının bəzi təhsil müəssisələrində dərslər distant olacaq23.04.2026 - 18:10
Elbay Qasımzadə: Memarlıq və İnşaat Universitetində təhsil alan tələbələrin 70 faizi qızlardır23.04.2026 - 18:08
“Qadın iştirakçılığının təbliği” - Konfrans23.04.2026 - 18:02
Paytaxt məktəblərində yaz tətilinin vaxtı dəyişdirildi23.04.2026 - 18:00
MDU-nun tələbələri PUA hazırlayacaqlar23.04.2026 - 17:55
Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI23.04.2026 - 17:55
Dənizçilərin sertifikatlaşdırılması qaydaları sadələşdirilir23.04.2026 - 17:52
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu23.04.2026 - 17:50
Böyrək daşı yaradan qidalar - XƏBƏRDARLIQ23.04.2026 - 17:45
Peşə məzunlarına məşğulluq dəstəyi gücləndirilir23.04.2026 - 17:45
Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbir təşkil edilib23.04.2026 - 17:44
Psixoloq Mələk Kərimova: “Təşviş pozuntusu gündəlik həyatı ciddi şəkildə məhdudlaşdıra bilər”23.04.2026 - 17:40
Azərbaycanda sənət tənqidi: problemlər və inkişaf istiqamətləri gündəmdə23.04.2026 - 17:36
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri intellektual yarışın qalibi olublar23.04.2026 - 17:35
İntensiv yağıntılar nəticəsində baş vermiş sürüşmə və sel hadisələrinin fəsadları təhlil edilib23.04.2026 - 17:28
Məktəblərdə kütləvi yoxlamalara başlanıldı23.04.2026 - 17:25
İqtisadiyyat İnstitutunun əməkdaşları Ağdaş rayonunda elmi tədqiqatlar aparır23.04.2026 - 17:22
Xaricdə təhsil üzrə Dövlət Proqramında YENİLİK: Proses sadələşdirilib23.04.2026 - 17:15