Təhsil 365 - Logo Mobile

DİM “səhv sual” iddialarına aydınlıq gətirdi: şagirdlərin xeyrinə hesablanacaq?

8006.04.2026 - 18:38
DİM “səhv sual” iddialarına aydınlıq gətirdi: şagirdlərin xeyrinə hesablanacaq?

Ötən gün 9-cu siniflər üçün keçirilən buraxılış imtahanı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə riyaziyyat fənni üzrə trapesiya mövzusuna aid təqdim olunan tapşırıqlardan biri ilə bağlı şagirdlər və valideynlər arasında narazılıqlar səsləndirilib.

İddialara görə, məhz bu sualın düzgün tərtib olunmadığı və şagirdlərdə çaşqınlıq yaratdığı bildirilir. Məsələ qısa zamanda sosial platformalarda gündəmə çevrilərək geniş müzakirələrə yol açıb.

Tehsil365" AzEdu.az-a istinadən xəbər verir ki, AzEdu.az məsələ ilə bağlı aydınlıq gətirmək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, ümumi təhsil səviyyəsi üzrə 5 aprel 2026-cı il tarixində keçirilən buraxılış imtahanında trapesiya mövzusuna aid təqdim olunan tapşırığın əsas məqsədi şagirdlərin iti bucağın tənböləni nəticəsində yaranan daxili çarpaz bucaqların bərabərliyini müəyyən etməsi və bu əsasda yaranan üçbucaqların oxşarlığından istifadə edərək tərəflər arasında nisbətləri tapmaq bacarığını yoxlamaqdır:

"Tapşırıqda verilmiş ədədlər hər hansı bir üçbucağın tərəfləri kimi deyil, oxşarlıq nisbətlərinin qurulması üçün istifadə edilir. Bu ədədlərin seçilməsi həndəsi fiqurun mövcud olmasına deyil, ilk növbədə hesablamaların sadə və əlçatan aparılmasına xidmət edir. Başqa sözlə, bu tapşırıqda yoxlanılan bacarıq konkret bir üçbucağın mövcudluğunu üçbucaq bərabərsizliyi ilə təhlil etmək deyil, verilmiş həndəsi münasibətlərdən düzgün nəticə çıxarmaqdır. Buna görə də üçbucaq bərabərsizliyi ilə bağlı yanaşma tapşırığın həll prosesini və ardıcıllığını dəyişmir, eyni zamanda düzgün cavabın əldə olunmasına da heç bir maneə yaratmır.

Bildiririk ki, bu tip açıq tapşırıqlar xüsusi qiymətləndirmə meyarları əsasında yoxlanılır və yalnız tam doğru cavabı müəyyən edən şagirdlər deyil, həmçinin həll prosesində düzgün aralıq nəticələr əldə edən və ya həll mərhələlərindən birini doğru yerinə yetirən şagirdlər də qiymətləndirmədə nəzərə alınır".

Nərmin Mustafayeva

Новостная лента

Prezident təqaüdçüsü olan bacılar Oxford və Kembric universitetlərinə qəbul olublar08.04.2026 - 16:00
Milli Ensiklopediyanın yeni cildi üçün 2300-dən çox məqalə yazılıb08.04.2026 - 15:50
Azərbaycanlı loqoped ABŞ-də disleksiya ilə bağlı mühüm tezis təqdim edib08.04.2026 - 15:40
ADNSU-da qadın sahibkarlığı və innovasiyalar üzrə təlim keçirilib08.04.2026 - 15:30
Peşə təhsili müəssisələrinin məzunları üçün əmək yarmarkası keçirilib08.04.2026 - 15:20
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib08.04.2026 - 15:10
Ədəbiyyat Muzeyində tələbələrə Hökumə Billuri haqqında məlumat verilib08.04.2026 - 15:00
BSU-da Türkoloji tədqiqatların gələcəyi Bakıda müzakirə olundu08.04.2026 - 15:00
Ankarada azərbaycanlı rəssamların sərgisi açılıb08.04.2026 - 14:48
Norveçdə yaşayan azərbaycanlı bəstəkarın Bakıda müəllif konserti olub08.04.2026 - 14:36
Rafael Hüseynov: Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətləri uğurla davam etdirilir08.04.2026 - 14:23
Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni nəşri təqdim olunub08.04.2026 - 14:11
Tanınmış tarzən Humay Qədimova solo konsertlə çıxış edib 08.04.2026 - 13:58
ADAU-da “Clarivate” təcrübəsinin tətbiq imkanları təqdim olunub08.04.2026 - 13:48
Azərbaycan Milli Ensiklopediyasının növbəti cildi üçün 2300-dən çox yeni məqalə hazırlanıb08.04.2026 - 13:36
Ekran vaxtı və göz sağlamlığı08.04.2026 - 13:28
“Yeni Üfüq” layihəsi: gənclərin peşə seçiminə BMU-dan dəstək08.04.2026 - 13:24
Xəzər Universiteti bağlanır? - AÇIQLAMA08.04.2026 - 13:21
İnsanlarda qərarvermə prosesinə emosiyaların təsiri08.04.2026 - 13:16
Türk dünyasının mənəvi irsi Özbəkistanda: 7 ölkədən alimlər bir araya gəlib08.04.2026 - 13:11
Rənglərin insan əhval-ruhiyyəsinə təsiri08.04.2026 - 13:09
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul üzrə keçirilən imtahanın nəticələri elan edilib08.04.2026 - 13:00
"Cəza üsulu ilə tərbiyə uşaqlarda aqressiya və sosial problemlər yaradır"- Psixoloq Aytən Ələkbərova08.04.2026 - 12:57
Azərbaycan əfsanələrində möcüzə anlayışı - Folklor İnstitutunda elmi seminar08.04.2026 - 12:49
Şərqşünaslıq İnstitutunda görüş: türkiyəli alim apardığı tədqiqatlardan danışıb08.04.2026 - 12:37
Prezident təqaüdçüsü olan bacılar Oksford və Kembric universitetlərinin magistraturasına qəbul olublar08.04.2026 - 12:26
Xəzərin səviyyə dəyişməsi və sahil zonasında məskunlaşma - elmi seminar08.04.2026 - 12:14
Süni intellektin təhsildə rolu artır: fürsət, yoxsa risk?08.04.2026 - 09:55
Ürək dayanmasının erkən əlamətləri - bir gün əvvəl nə hiss edirsiniz?08.04.2026 - 09:46
Süni intellekt laboratoriya siçovullarının "dilini" öyrəndi: Depressiya sınaqlarında inqilab08.04.2026 - 09:40
Naxçıvan Dövlət Universiteti "Study in Azerbaijan" təhsil sərgisində təmsil olunub08.04.2026 - 09:31
Yaddaşın itirilməsinin səbəbləri nələrdir?08.04.2026 - 09:25
BSU Qazaxıstanın aparıcı ali təhsil müəssisəsələri ilə Anlaşma Memorandumu imzalayıb08.04.2026 - 09:16
ADU beynəlxalq təhsil sərgisində təmsil olunur08.04.2026 - 09:07
Bütün qitələr birləşəcək və iqlim daha sərtləşəcək: Bu nə vaxt baş verəcək08.04.2026 - 09:00
ABŞ-nin texnologiya nəhəngləri Çin rəqiblərinə qarşı əməkdaşlığa başlayıblar08.04.2026 - 08:51
Elm və təhsil naziri Emin Əmrullayev akademik mobillik çərçivəsində Satbayev Universitetində təhsil alan ADNSU tələbələri ilə görüşüb08.04.2026 - 08:40
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı” 08.04.2026 - 08:31
Ayın uzaq tərəfindən çəkilən möhtəşəm görüntü - FOTO08.04.2026 - 08:21
BMU-da aqrokimyəvi analizlərin aparılacağı müasir laboratoriya açılıb08.04.2026 - 08:13
“OpenAI”də daxili gərginlik süni intellekt bazarının gələcəyinə dair suallar yaradır08.04.2026 - 08:01
Gündəlik nə qədər D vitamini qəbul edilməlidir?08.04.2026 - 07:50
UNESCO-da Novruz bayramı qeyd edilib08.04.2026 - 07:43
BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər təşkil olunub08.04.2026 - 07:32
ADU-da Revekka Barsukun 110 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib08.04.2026 - 07:21
ADU-da “Xarici dillərin tədrisində aktual problemlər” mövzusunda təlim keçirilib08.04.2026 - 07:11
Günün havası - 17 dərəcə isti08.04.2026 - 07:00
Şəki-Zaqatala bölgəsində 815 şagird olimpiadalarda yarımfinala yüksəldi07.04.2026 - 19:58