Təhsil 365 - Logo Mobile

Azərbacyan nümayəndə heyəti Qazaxıstanın Milli Tədqiqat Texniki Universitetinin fəaliyyəti ilə tanış olub

7607.04.2026 - 17:26
Azərbacyan nümayəndə heyəti Qazaxıstanın Milli Tədqiqat Texniki Universitetinin fəaliyyəti ilə tanış olub

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərinə səfəri çərçivəsində aprelin 7-də Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetini ziyarət edərək universitetin rəhbər heyəti ilə görüşüb.

Bu barədə “Tehsil365"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüş çərçivəsində tərəflər arasında ali təhsil və tədqiqat sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə edilib, o cümlədən universitetin maddi-texniki bazası ilə tanışlıq olub.

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev akademik mobillik proqramı çərçivəsində Qazaxıstanda təhsil alan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri ilə görüşüb.

Nərmin Mustafayeva

Новостная лента

На данный момент новостей в ленте нет...