Təhsil 365 - Logo Mobile

Milli Qəhrəman məktəblilərlə görüşəcək

9508.04.2026 - 17:05
Milli Qəhrəman məktəblilərlə görüşəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü aprelin 9-da paytaxtdakı 98 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.

“Tehsil365“ xəbər verir ki, BŞTİ-dən bildirilib ki, layihənin budəfəki qonağı I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Görüşü həmçinin Təhsil TV də işıqlandıracaq.

Mehriban İbadova

Новостная лента

На данный момент новостей в ленте нет...