Təhsil 365 - Logo Mobile

Bakı məktəbliləri üçün BDU-da infosessiya

7611.04.2026 - 08:10
Bakı məktəbliləri üçün BDU-da infosessiya

Bakı şəhəri 199 nömrəli tam orta məktəbin şagirdləri üçün Bakı Dövlət Universitetində (BDU) infosessiya keçirilib.

“Tehsil365” xəbər verir ki, şagirdlər BDU-nun Heydər Əliyev, Təkamül, Faydalı qazıntılar muzeyləri, həmçinin Universitetin unikal layihəsi olan “Eko Məkan” ilə yaxından tanış olublar.

İnfosessiya zamanı şagirdlərə son illər BDU-da aparılan yenidənqurma işləri, tədris prosesində tətbiq olunan yeniliklər, Universitetin nüfuzlu beynəlxalq reytinqlərdə əldə etdiyi yüksək nəticələr, tələbələrin yerli və beynəlxalq uğurları barəsində məlumat verilib. Şagirdlər BDU ilə xarici ali təhsil müəssisələri arasında imzalanan əməkdaşlıq memorandumları və ikili diplom proqramlarının yaratdığı geniş imkanlar haqqında da məlumatlandırılıblar.

Zeynəb Quluyeva

Новостная лента

На данный момент новостей в ленте нет...