Təhsil 365 - Logo Mobile

Hücumdan sonra həmin məktəb BAĞLANDI

9617.04.2026 - 18:48
Hücumdan sonra həmin məktəb BAĞLANDI

Aprelin 15-də Kahramanmaraşda silahlı insident baş verən Ayser Çalık orta məktəbi fəaliyyətini dayandırıb.

Tehsil365” xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının Kahramanmaraş üzrə nümayəndəsi Ünal Ateş aprelin 20-dən həmin məktəbdə tədris həyata keçirilməyəcəyini açıqlayıb.

Məktəbdə təhsil alan şagirdlər digər təhsil müəssisələrinə yönləndiriləcək.

Xatırladaq ki, Ayser Çalık məktəbinin 8-ci sinif şagirdi İsa Aras Mersinlinin həyata keçirdiyi silahlı hücum nəticəsində biri müəllim, 9-u şagird olmaqla 10 nəfər dünyasını dəyişib. İ.Mersinli daha sonra özünə atəş açaraq intihar edib.

Fatimə Cəfərzadə

Новостная лента

На данный момент новостей в ленте нет...