Təhsil 365 - Logo Mobile

Ağaca ildırım düşüb: 2 uşaq ölüb, 1-i ağır yaralanıb

8219.04.2026 - 18:36
Ağaca ildırım düşüb: 2 uşaq ölüb, 1-i ağır yaralanıb

Türkiyənin Diyarbək vilayətində yağışdan qorunmaq üçün ağacın altına sığınan üç uşaq ildırım vurması nəticəsində ağır xəsarət alıb.

“Tehsil365"in Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, K.Y. (14), S.Y. (15) və M.Y. (16) adlı qohumlar evin həyətində olan ağacın altına sığınıblar. Bu zaman ağaca ildırım düşüb.

Hadisə yerinə Təcili Tibbi Yardım qrupları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılsa da, bütün müdaxilələrə baxmayaraq K.Y. və S.Y.-nin həyatını xilas etmək mümkün olmayıb.

M.Y.-nin vəziyyətinin ağır olduğu bildirilir.

Nərmin Mustafayeva

Новостная лента

На данный момент новостей в ленте нет...