Təhsil 365 - Logo Mobile

Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib

8220.04.2026 - 19:32
Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib

Bu gün saat 10:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 286 nömrəli məktəbdən çağırış qeydə alınıb.

Bu barədə “Tehsil365"ə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. "2011-ci il təvəllüdlü yeniyetmə (kişi) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", məlumatda qeyd olunub.

Nərmin Mustafayeva

Новостная лента

На данный момент новостей в ленте нет...