Təhsil 365 - Logo Mobile

Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti qənaətbəxşdir

9223.04.2026 - 18:35
Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti qənaətbəxşdir

Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti qənaətbəxşdir.

Tehsil365” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib.

Qeyd edilib ki, aprelin 21-də Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib: "Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır"

TƏBİB-dən isə bildirilib ki, 2012-ci il təvəllüdlü oğlan Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib. İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Fatimə Cəfərzadə

Новостная лента

На данный момент новостей в ленте нет...