Təhsil 365 - Logo Mobile

ABŞ-da universitet yaxınlığında atışma: yaralılar var

7426.04.2026 - 19:35
ABŞ-da universitet yaxınlığında atışma: yaralılar var

ABŞ-ın İndiana ştatının Bluminqton şəhərində yerləşən İndiana Universitetinin kampusu yaxınlığında baş verən atışma nəticəsində azı 9 nəfər yaralanıb.

“Tehsil365" xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 26-na keçən gecə yarısı Kirkvud prospektində, tələbələrin məşhur veloyarışı münasibətilə yığıncaq etdiyi vaxt baş verib.

Polis hadisə yerinə gələrək universitetdən bir kvartal aralıda yaralıları aşkarlayıb. Doqquz nəfər xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, atışmadan əvvəl iki qadın arasında dava baş verib və onlardan biri silahdan istifadə edib.

Nərmin Mustafayeva

Новостная лента

На данный момент новостей в ленте нет...