Təhsil 365 - Logo Mobile

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılışı olub

7627.04.2026 - 18:24
“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılışı olub

Şuşa şəhərində “Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılışı olub.

“Tehsil365" xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub, solistlərin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edirlər.

Növbəti günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm üzrə Yüksəksəviyyəli Ekspertlər Qrupunun 9-cu iclası, Qastronomiya Günü, eləcə də İƏT Turizm Nazirlərinin 7-ci görüşünün keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün “İƏT-in turizm paytaxtı” elan edilib.

Tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi” ilə bağlı Tədbirlər Planına uyğun olaraq təşkil olunur.

Nərmin Mustafayeva

Новостная лента

На данный момент новостей в ленте нет...