Təhsil 365 - Logo Mobile

3100-dən çox məktəbdə monitorinqlər keçirilib

10228.04.2026 - 17:01
3100-dən çox məktəbdə monitorinqlər keçirilib

“Agentlik tərəfindən şagird sağlamlığı və təhlükəsizliyi istiqamətində müəssisələrə göndərilən təlimatların icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə regional təhsil idarələri tərəfindən cari ilin ilk iki ayı ərzində 3100-dən çox məktəbdə monitorinqlər həyata keçirilib”.

“Tehsil365“ xəbər verir ki, bunu  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün  təşkil olunan brifinqdə deyib.

O qeyd edib ki, monitorinqlərdə sanitar-gigiyenik vəziyyət, şagirdlərin maarifləndirilməsi istiqamətində aparılan tədbirlər, sosial-psixoloji xidmətlərin vəziyyəti, məktəblərin infrastruktur vəziyyəti, bullinq əleyhinə tədbirlərin keçirilməsi və s. məsələlər nəzərdən keçirilib.

Mehriban İbadova

Новостная лента

На данный момент новостей в ленте нет...