Təhsil 365 - Logo Mobile

Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb

7502.05.2026 - 17:46
Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 2-də Lənkəran şəhərində WUF13 Festivalı keçirilib.

“Tehsil365"in məlumatına görə, günün birinci yarısında Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası baş tutub.

Festivalın davamı kimi açıq havada ictimai proqramlar təşkil olunub.

Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim edilib.

Nərmin Mustafayeva

Новостная лента

На данный момент новостей в ленте нет...