Təhsil 365 - Logo Mobile

Yutub istifadəçilərinə sevindirici xəbər

8602.05.2026 - 18:00
Yutub istifadəçilərinə sevindirici xəbər

Yutub tətbiqində “şəkil içində şəkil” (Picture-in-Picture) rejimi bütün istifadəçilər üçün əlçatan olacaq.

Tehsil365” xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər yutub tətbiqini kiçildərək digər mobil əlavələrdən istifadə edərkən videoya baxmağa davam edə biləcəklər. Daha əvvəl bu imkan yalnız ödənişli abunəçilər üçün təqdim olunurdu.

Yeniliyin yaxın aylarda bütün istifadəçilər üçün mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır. Bununla belə, ekran söndürüldükdə videoların fon rejimində səsləndirilməsi yalnız premium abunəçilər üçün əlçatan olaraq qalacaq.(axsam.az)

Fatimə Cəfərzadə

Новостная лента

На данный момент новостей в ленте нет...